Türkiyədə 33 mərtəbəli otelin binasından özünü atan qız sağ qaldı - ANBAAN VİDEO

Türkiyədə 33 mərtəbəli otelin binasından özünü atan qız sağ qaldı - ANBAAN VİDEO
Video
Siyasət 399

Türkiyənin İzmir şəhərində gənc qız intihara cəhd edib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, 20 yaşlı A.E. 33 mərtəbəli boş vəziyyətdə olan otelin 16-cı mərtəbəsindəki terasa çıxıb.

Hadisə yerinə polis, təcili yardım və xilasetmə qrupları cəlb edilib.

O, polisin 2 saata yaxın səylərinə baxmayaraq özünü binadan atıb.

A.E. yanğınsöndürənlərin açdığı hava yastığının üzərinə düşüb.

Ona hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra xəstəxanaya yerləşdirilib.

Müalicəsi davam edir.

Gənc qızın hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Son xəbərlər