Türkiyədə 25 prefabrik yanıb - FOTO/VİDEO

Malatyada Kiçik Sənaye mərkəzində fabriklərdə yanğın olub.
BAKU.WS xəbər verir ki, xırdavat mallarının satışı üçün inşa edilən 25 prefabrik alovlanıb.
İki saat davam edən yanğın çətinliklə də olsa söndürülüb.
Malatya millətvəkili İnanç Siraç Kara Ölmeztoprak jurnalistlərə açıqlamasında yanğının uzun müddət davam etdiyini bildirib.
"Çalışmalar davam edir. Hadisə zamanı xəsarət alan yoxdur. Yanğınsöndürənlərdən birinin təzyiqi qalxıb və ona ilkin tibbi yardım edilib.
Hazırda 25 prefabrikə dəyən maddi ziyan müəyyənləşdirilir. Bunun üçün nə lazımdırsa ediləcək. Hərkəsə keçmiş olsun" - deyə, millətvəkili, bildirib.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
