Türkiyənin 18 bölgəsində FETÖ əməliyyatı: 45 nəfər tutuldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin 18 vilayətində FETÖ-yə qarşı 4 gündür davam edən "Kıskaç-17" əməliyyatlarında 45 şübhəli şəxs tutulub.
BAKU.WS-in xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Əməliyyatlar Adana, Adıyaman, Ardahan, Erzurum, Eskişehir, Denizli, Qaziantep, Isparta, Kahramanmaraş, Kayseri, Konya, Kütahya, Manisa, Mersin, Sakarya, Samsun, Trabzon və Yalovada həyata keçirilib.
Əməliyyatlar nəticəsində çoxlu sayda rəqəmsal material və sənəd ələ keçirilib.
Nazir 1 iyun 2023-cü ildən 15 may 2024-cü il tarixinə qədər davam edən 11 ay ərzində FETÖ-yə qarşı 5 min 191 əməliyyat keçirildiyini, 8 min 153 şübhəlinin tutulduğunu, tutulanlardan 1518-inin həbs olunduğunu bildirib.
Oxşar xəbərlər
Türkiyədə 17 bölgədə FETÖ əməliyyatı - VİDEO
Türkiyədə FETÖ-yə qarşı 17 vilayətdə həyata keçirilən "Kıskaç-14" əməliyyatları çərçivəsində 36 nəfər ələ keçirilib. BAKU.WS-in xəbərinə görə, bu barədə ölkənin...