Türkiyədə 15 yaşlı qızı döyərək çılpaq görüntülərini yaydılar - VİDEO

Türkiyənin paytaxtı Ankara şəhərində yeniyetmə qızın fiziki zorakılığa məruz qalması ilə nəticələnən hadisə baş verib.
BAKU.WS DHA-ya istinadən xəbər verir ki, 15 yaşlı H.A. adlı qız fiziki zorakılığa məruz qaldıqdan sonra çılpaq görüntüləri də lentə alınıb.
Hadisəni Ramazan D. adlı kişi və 17 yaşlı sevgilisi T.Y. törədib.
Mamak rayonunda baş verən hadisə zamanı T.Y. dalaşdığı dostu H.A. ilə barışmaq adıyla onu Boğaziçi məhəlləsinə çağırıb. Sevgilisi ilə əlbir olan 17 yaşlı qız bundan sonra 15 yaşlı yeniyetməni döyüb.
Qeyd edək ki, hadisəni törətməkdə ittiham olunan Ramazan D. barəsində 36 il həbs cəzası tələbi irəli sürülüb.
Oxşar xəbərlər
Türkiyəli modelin keçmiş sevgilisi yeni sevgilisini dənizə atdı - VİDEO
Türkiyəli model Şevval Şahinin keçmiş sevgilisi ilə yeni sevgilisi arasında gərginlik yaşanıb. BAKU.WS “ntv.com”a istinadən xəbər verir ki, model sevgilisi - iş...
