Türkiyə yenə silkələndi - VİDEO

Türkiyə yenə silkələndi - VİDEO
Video
Siyasət 2655

Türkiyədə yenidən zəlzələ baş verib.

BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, bu barədə Avropa Akdeniz Seysmoloji Mərkəzi məlumat yayıb.

Verilən məlumata görə, yeraltı təkanlar Manisanın Kırkağac rayonunda 4,4 bal gücündə qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Elazığda baş verən zəlzələ nəticəsində 41 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.

Bundan sonra Türkiyədə dayanmadan çoxsaylı zəlzələlər baş verir.

Oxşar xəbərlər

Türkiyədə yenə həyəcan - İnsanlar səhəri küçələrdə açdı - VİDEO

Türkiyədə yenə həyəcan - İnsanlar səhəri küçələrdə açdı - VİDEO

Bu gecə Türkiyədə yenə güclü zəlzələ baş verib. BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Avropa Akdeniz Seysmoloji Mərkəzi məlumat yayıb. Ver...

1482 Siyasət 10:01 01 fevral 2020

Son xəbərlər