Türkiyə XİN Yunanıstana başsağlığı verib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstana başsağlığı verib.
BAKU.WS-in xəbərinə görə, Türkiyə XİN-in yaydığı məlumatda deyilir:
"Qonşumuz Yunanıstanda dünən gecə baş verən qatar qəzasında çox sayda insanın həyatını itirdiyi və yaralandığını kədərlə öyrəndik. Bu faciəvi qəzada həyatlarını itirənlərin yaxınlarına, yunan xalqına və hökumətinə başsağlığı verir, yaralılara təcili şəfalar diləyirik".
Xatırladaq ki, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 32 nəfər ölüb, 85 nəfər yaralanıb.
Oxşar xəbərlər
Yunanıstanda qatar qəzasında ölənlərin sayı 32-ə çatdı - FOTO/VİDEO - YENİLƏNİB
Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qəz...