Türkiyə XİN-dən Laçınla bağlı bəyanat
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb.
Bu barədə BAKU.WS Türkiyə XİN-dən məlumat verilib.
"9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamədə ifadə olunan məsələlərə uyğun olaraq davam edən proses çərçivəsində Laçın şəhərinin, Zabuh və Sus kəndlərinin bu gün Azərbaycana qaytarılmasından məmnunuq. Ümid edirik ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addım olan bu inkişaf həm regional normallaşmaya, həm də Azərbaycan-Ermənistan münasibətlərinə töhfə verəcək. Türkiyə indiyə qədər olduğu kimi, qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək". - bəyanatda deyilir.
Oxşar xəbərlər
G-7 ölkələri Rusiyadan neft idxalını dayandırmağı öhdəsinə götürdü
G7 ("Böyük Yeddilik") ölkələri Rusiya neftinin idxalını mərhələli şəkildə dayandırmaq və ya qadağan etmək öhdəliyi götürüblər. BAKU.WS “Report”a istinadən xəbər...