Türkiyə XİN başçısı: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması çox vacibdir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Artıq Cənubi Qafqazda siyasi sabitlik üçün şərait yaranıb. Çünki Azərbaycan 30 illik işğala son qoyub".
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında müxtəlif platformalarda danışıqlar gedir:
"Biz bu təmasları yaxından izləyirik. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması çox vacibdir. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası istiqamətində işlər görülür".
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə XİN rəhbərlərinin mətbuat konfransı başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidanın birgə mətbuat konfransı başa çatıb. Onlar görüşün yekunları ilə bağlı bəyanatlar...