Türkiyə XİN başçısı: “Bir millət, iki dövlət” devizi ilə qardaşlığımız əbədi qalacaq - FOTO
15
iyn
2024
14:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanı Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
"Türkiyə ilə Azərbaycan köklü dostluq və sarsılmaz qardaşlıq telləri ilə bir-birinə bağlanan iki dövlətdir. Şuşa Bəyannaməsi ilə möhkəmlənmiş bu birlik bundan sonra da regionumuzda sülhün və sabitliyin təminatı olacaq. Ümid edirəm ki, “Bir millət, iki dövlət” devizi ilə sevgimiz, qardaşlığımız əbədi qalacaq", - paylaşımda qeyd edilib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...