Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan XİN-ə cavab verib
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan hakimiyyəti ağlını başına toplayıb Cənubi Qafqazda problemlərin deyil, həll yollarının bir hissəsi olmağı tez bir zamanda öyrənməlidir”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.
Bildirilib ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar hərəkətlərini ört-basdır etmək üçün riyakar qaralama kampaniyasını Türkiyəyə qarşı da yönəldir.
Daha sonra qeyd olunub ki, Azərbaycan torpaqlarında illərdir, qanunsuz işğalını həyata keçirən Ermənistanın ikiüzlü münasibəti Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına əngəl yaratmasını açıq aşkar ortaya qoyur: “Kontekstdən ayrılan bu cür ittiham və iftiralarla xarici siyasət yürütmək nə bölgəyə, nə də Ermənistana fayda verəcək. Bu cür yanaşma ilə yalnız birtərəfli tarixi anlayışlarını canlandırmaq və təcavüzlərinə haqq qazandırmaq təəssüratı yaradır. Təcavüzkar millətçiliyi alovlandıran bu şikəst yanaşma isə təəssüf doğurur”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...