Türkiyə və Qətər hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Türkiyə və Qətər hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir
Siyasət 17

ürkiyə və Qətər hökumətləri hərbi-texniki sahədə əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək niyyətindədirlər.

"Report" NTV-yə istinadən xəbər verir ki, bu məsələ Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz və Qətər əmiri Təmim bin Həməd Al Tani arasında Dohada keçirilən danışıqlarda prioritet məsələlər sırasında olub.

Danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 17-19-da Fars körfəzi ölkələrinə səfəri ərəfəsində aparılıb.

Yılmaz qeyd edib ki, Qətərlə əməkdaşlıq müdafiə sənayesi və enerji sahələrində dərinləşdirmək vacibdir.

Hərbi-sənaye xəbərləri üzrə ixtisaslaşmış “SavunmaSanayi” portalı qeyd edib ki, Qətər Türkiyədən pilotsuz təyyarələr, idarə olunan hərbi sursatlar, yerüstü zirehli platformalar, döyüş gəmiləri və sürətli qayıqlar alır.

Son xəbərlər