Türkiyə və Pakistan parlament sədrləri Bakıdadır
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 27-də Milli Məclisdə ilk dəfə olaraq Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Üçtərəfli Görüşü keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, tədbirin yekununda Bakı Bəyannaməsinin imzalanması gözlənilir.Bu məqsədlə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da ölkəmizə səfərə gəliblər. Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyə və Pakistan spikerlərini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Adil Əliyev, Türkiyənin və Pakistanın ölkəmizdəki səfirləri Cahit Bağçı, Bilal Haye və digər rəsmi qarşılayıblar.
Səfər çərçivəsində Pakistan və Türkiyə parlament sədrlərinin Qarabağda Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri də gözlənilir.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...