Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Ukraynaya 50 ədəd “Kirpi” zirehli avtomobil verib.
BAKU.WS Report-a istinadən bildirir ki, həmin avtomobillər artıq Ukraynanın cəbhə xəttinə gətirilib.
Məlumata görə, Türkiyənin Ukrayna Ordusuna daha 150 ədəd eyni markalı zirehli avtomobil göndərəcəyi gözlənilir. Türkiyə Silahlı Qüvvələrinin avtomobilləri Ukraynaya təmənnasız verdiyi güman edilir.
Bildirilib ki, zirehli avtomobillər Donetsk istiqamətində gedən döyüşlərdə istifadə olunacaq.
Qeyd edək ki, Türkiyə istehsalı olan “Kirpi” zirehli avtomobili yerli “BMC” şirkətinə məxsusdur.
Oxşar xəbərlər
Rusiya Ukraynanın 20%-ni işğal edib, 13 milyard dollarlıq hərbi texnikasını itirib
Rusiyanın Ukraynada işğal etdiyi ərazilər ölkənin 20%-ni təşkil edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hesablamanı “Forbes” nəşri aparıb. Nəşrin məlu...