Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı
Türkiyə İsveçin terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələrini kəsməsini Ankaranın şimali Avropa ölkəsinin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərt hesab edir.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bunu Türkiyənin İsveçdəki səfiri Emre Yunt cümə axşamı dərc olunan “Financial Times” qəzetinə müsahibəsində deyib.
Yunt bildirib ki, Ankara İsveç müdafiə naziri və digər rəsmilərin son illərdə PKK rəhbərliyi ilə danışıqlar aparmasından narazıdır. O, həmçinin əlavə edib ki, Türkiyənin İsveçlə bağlı mövqeyinin Ankara və Vaşinqton arasındakı münasibətlərlə “heç bir əlaqəsi yoxdur”.
Oxşar xəbərlər
Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı ŞƏRTLƏRİ
Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləmək üçün F-35 qırıcılarının istehsalı proqramına daxil ediləcəyini gözləyir. BAKU.WS “Report”a isti...