Türkiyə şirkətindən daha bir jest: “Bayraktar” Ukraynaya pulsuz göndəriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin “Baykar” şirkəti Polşa vətəndaşlarının pul yığdıqları “Bayraktar” zərbə pilotsuz təyyarəsini Ukrayna Silahlı Qüvvələrinə pulsuz hədiyyə edəcək.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Türkiyə şirkəti pul yığımının təşkilatçısı, polşalı jurnalist Slavomir Serakovskiyə məlumat verib.
“Dron üçün nəzərdə tutulan 22,5 milyon zlotı Ukraynaya humanitar yardım üçün göndəriləcək, lazım olan məbləğdən artıq toplanan 1,8 milyon zlotı isə Ukrayna Silahlı Qüvvələrinə veriləcək”, - deyə Serakovski bildirib.
Xatırladaq ki, bu, türk şirkətinin öz pilotsuz təyyarələrini Ukrayna Silahlı Qüvvələrinə ilk pulsuz təhvil verməsi halı deyil.
Qalereya
Oxşar xəbərlər
“Bayraktar” almaq üçün polşalılar Ukraynaya yardım etdilər
Polşalılar Ukrayna Silahlı Qüvvələrinə Bayraktar TB2 pilotsuz uçan aparatı almaq üçün maddi vəsaitin toplanması ilə bağlı kampaniyanın başa çatmasına 4 gün qalm...