Türkiyə şirkəti Azərbaycan Silahlı Qüvvələri üçün hərbi kater hazırladı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin STM ("Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ") müdafiə şirkəti Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün STM-MPAC hərbi katerinin layihəsini hazırlayıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, STM bu məhsulu Bakıda keçirilən 4-cü Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2022) təqdim edib.
STM məhsul xəttinə, həmçinin “STM500” kiçikölçülü sualtı qayıq, MİLGEM freqatı, TOGAN və KARGU kvadrokopterləri və ALPAGU kamikadze-PUA-sı daxildir.
STM-in baş direktoru Özgür Gülərüz jurnalistlərə açıqlamasında qardaş ölkədə olmaqdan məmnunluğunu bildirib. Onun sözlərinə görə, şirkət nümayəndələri ADEX-2022 sərgisində öz məhsullarının, xüsusən də KARGU, ALPAGU və TOGAN PUA-larının xüsusiyyətləri və üstünlükləri barədə məlumat verəcəklər.
O, STM-in Azərbaycanla sıx əməkdaşlıq etdiyini və STM-MPAC hərbi katerini Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün layihələndirdiklərini vurğulayıb.
“Kateri azərbaycanlı qardaşlarımızın ehtiyaclarına uyğun şəkildə hazırlamışıq. Qayıq tamamilə onların tələblərinə uyğun hazırlanıb”, - o deyib.
Oxşar xəbərlər
Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans keçirildi
İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh...