Türkiyə səfirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
28
may
2026
08:55
Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycanı 28 May – Müstəqlillik Günü münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım olunub.
"Kədəri və sevinci birlikdə bölüşdüyümüz qardaş Azərbaycanın Müstəqillik Gününü ən səmimi arzularımızla qeyd edirik.
"Bir millət, iki dövlət" anlayışı əsasında formalaşan müstəsna münasibətlərimizi ortaq tariximiz, möhkəm qardaşlığımız və qarşılıqlı əməkdaşlığımıza uyğun olaraq daha da inkişaf etdirməyə davam edəcəyik.
Müstəqillik Gününüz mübarək!", - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfərinə dair video paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfərinə dair video paylaşılıb. BAKU.WS videonu təqdim edir: