Türkiyə səfirliyi Azərbaycana təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin respublikamızdakı Səfirliyi zəlzələ ilə əlaqədar qardaş ölkəyə köməyə görə ölkəmizə təşəkkür edib.
BAKU.WS xəbər verir ki, bu barədə səfirliyin tviter hesabında bildirilib.
“Qardaş Azərbaycandan axtarış-xilasetmə heyəti və texnikası və axtarış-xilasetmə itlərini daşıyan birinci təyyarə bu gün saat 12:45-də, ikinci təyyarə saat 16:25-də, üçüncü təyyarə isə bu yaxınlarda havaya qalxıb.
Tibb işçilərini daşıyacaq dördüncü təyyarənin sabah səhər havaya qalxması planlaşdırılır. Göstərilən dəstəyə və həmrəyliyə görə təşəkkür edirik”, - səfirlikdən qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbayca...