Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib
21
mar
2025
21:20
Türkiyənin Bakıdakı səfirliyi Gədəbəy rayonunda Azərbaycan hərbi qulluqçularının qar uçqunu nəticəsində həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında paylaşım edilib.
"Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik.
Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığı veririk", – başsağlığı mətnində qeyd olunub.
Oxşar xəbərlər
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. BAKU.WS xəbər verir ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu...