Türkiyə səfiri şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib - FOTO

Türkiyə səfiri şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib - FOTO
Siyasət 255

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycanın İrandakı səfirliyinə edilən xain terror hücumu nəticəsində şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib.

BAKU.WS-in xəbərinə görə, bunu diplomat tviterdə yazıb.

"Hərbi atəşemiz, müşavirimiz və diplomatlarımızla birlikdə şəhid qardaşımız Orxan Əsgərovun yas mərasimində iştirak etdik, onun atası Rizvan Əsgərov, əmisi və yaxınlarına başsağlığı verdik", - səfir vurğulayıb.

O qeyd edib ki, Türkiyə həmişə Azərbaycanın yanındadır.

Son xəbərlər