Türkiyə Rusiya və Ukraynanı danışıqlar masasına oturmağa çağırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Milli Təhlükəsizlik Şurası (MTŞ) Rusiya və Ukraynanı danışıqlar masasına oturmağa və hərbi əməliyyatları dayandırmağa çağırıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən MTŞ-nin iclasının yekunlarına dair bəyanatda deyilir.
“Rusiya və Ukrayna arasındakı müharibənin gedişi və onun regionumuz üçün mümkün gələcək nəticələri ətraflı müzakirə edilib. Qara dənizdə gərginliyin artması heç kimin marağında deyil. Ona görə də tərəfləri danışıqlar masası arxasına oturmağa və dərhal müharibəni dayandırmağa çağırırıq”, - MTŞ-nin bəyanatında bildirilib.
Bundan əlavə, qeyd olunub ki, “Taxıl sazişi”nə qayıdış ehtiyacı olan ölkələr üçün mümkün mənfi nəticələrin qarşısını alacaq və ərzaq sabitliyinə töhfə verəcək.
Oxşar xəbərlər
Rusiya XİN: “Taxıl sazişi”nə qayıtmaq üçün Qara dəniz təşəbbüsünün yerinə yetirilməsini gözləyirik”
“Rusiya “Taxıl sazişi”nə qayıtmaq üçün Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyir”. BAKU.WS “report”a istinadən xəbər verir ki, bun...