Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri İstanbulda görüşəcəklər

Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri İstanbulda görüşəcəklər
Siyasət 20

Mayın 5-i Türkiyənin İstanbul şəhərində Türkiyə, Ukrayna və Rusiya müdafiə nazirlərinin görüşü planlaşdırılır.

BAKU.WS Anadolu Ajansına istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

O, Türkiyənin səyləri ilə yaradılan “taxıl dəhlizi” sazişi ilə bağlı sualı cavablanarkən bildirib ki, baş tutacaq görüşdə taxıl məsələsi də daxil olmaqla bir sıra məsələlər müzakirə olunacaq:

"Ümid edirik ki, taxıl sazişi problemsiz davam edəcək. Bu kontekstdə təklifimizi hər iki tərəfin qəbul etməsi nəticəsində Türkiyə, Ukrayna və Rusiya müdafiə nazirlərinin müavinlərinin mayın 5-i cümə günü İstanbulda görüşü planlaşdırılır. Görüş zamanı bəzi məsələlər, xüsusilə də "taxıl dəhlizi" müzakirə olunacaq. Bu saziş həm regional sülh və sabitlik, həm də ehtiyacı olan ölkələr üçün çox vacibdir. Bu kontekstdə deyə bilərik ki, tərəflər müddəti uzatmağa hazırdır. Arzu edirik ki, təşəbbüs problemsiz davam etdirilsin".

Son xəbərlər