Türkiyə prezidentinin köməkçisi: “Heç bir insanlıq cinayəti cəzasız qalmır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Müharibə cinayəti törədən terrorçu və işğalçı dövlət Ermənistan Gəncədə qadın, uşaq, yaşlı demədən mülki insanları vurdu və çirkin simasını bir daha göstərdi”.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin köməkçisi Fuad Oktay “Twitter” hesabında yazıb.
Onun sözlərinə görə, bunun adı qorxaqlıq, xəyanətkarlıq, hüquqların tanınmamasıdır.
“Hər məsələdə sözü olan ölkələrin və beynəlxalq təşkilatların işğalçı Ermənistanın dinc sakinləri qətlə yetirməsinə səssiz qalması düşündürməlidir. Heç bir insanlıq cinayəti cəzasız qalmır.
Can Azərbaycanın daha da güclü şəkildə yanında olmağa davam edəcəyik”, - o bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...