Türkiyə Prezidenti: İlin əvvəlindən indiyədək ölkədə terror şübhəsi ilə 465 nəfər saxlanılıb
İlin əvvəlindən indiyədək Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatlarda terrorla əlaqəsi olması şübhəsi ilə 465 nəfər saxlanılıb.
Ölkənin təhlükəsizlik bölmələrinə arxasında kimin dayanmasından asılı olmayaraq, aşkar edilən bütün terror hədəflərini məhv etmələri ilə bağlı göstəriş verilib.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən növbəti hökumət toplantısından sonra xalqa müraciətində deyib.
Gələcəyin təminatı üçün yeni əməliyyatların icra olunacağını ifadə edən Ərdoğan bildirib ki, ölkədə müvəqqəti qaçqın statusu alan 620 mindən çox suriyalı təhlükəsiz bölgələrə qayıdıb.
Məşğulluğa toxunan Türkiyə Prezidenti çıxışında ölkədə 32 milyon insanın işlə təmin olunduğunu, işsizlik səviyyəsinin isə 9 faizədək azaldığını qeyd edib.
Oxşar xəbərlər
Türkiyə MSK açıqladı: Ərdoğan prezident seçildi - YENİLƏNİR + FOTO-VİDEO
Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib. O, hazırki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın p...