Türkiyə MN: Hərbi Hava Qüvvələrimiz Bakı səmasında qardaşlığımızı dünyaya bəyan edəcək
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib.
"5 il öncə Qarabağda böyük bir zəfər qazanan azərbaycanlı qardaşlarımızın 8 Noyabr Zəfər Gününü ürəkdən təbrik edir, bütün qardaşlarımıza səmimi salamlarımızı çatdırırıq.
Türkiyə və Azərbaycan əbədi olaraq "Bir millət, iki dövlət" prinsipi ilə bir və bərabər olmağa davam edəcək!", - paylaşımda qeyd olunub.
Nazirlik başqa bir paylaşımda isə Türkiyə komandolarının Bakı küçələrini cəsarət və qardaşlıq sədaları ilə dolduracaqlarını, azərbaycanlı qardaşlarını qürurla salamlayacaqlarını bildirib.
"Hərbi Hava Qüvvələrimizin döyüş təyyarələri isə Ay-Ulduzun qüdrətini Bakı səmasında əks etdirərək əbədi qardaşlığımızı dünyaya bəyan edəcək", - paylaşımda vurğulanıb.
Selam olsun sana, kardeş Azerbaycan!
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 8, 2025
8 Kasım Zafer Günü'n kutlu olsun!
Bugün kahraman komandolarımız, Bakü sokaklarını cesaretin ve kardeşliğin sesiyle inletecek; Azerbaycan Türk'ü kardeşlerimizi gururla selamlayacak.
Hava Kuvvetlerimizin muharip uçakları da Ay Yıldız’ın… pic.twitter.com/N78OsYsfPt
Oxşar xəbərlər
Azərbaycan və Çin Baş prokurorluqları arasında əməkdaşlıq müzakirə olunub
Bakıda Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında görüş keçirilib. BAKU.WS repo...