Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir
Türkiyənin xarici işlər naziri Hakan Fidan İran, ABŞ, Avropa İttifaqı və Misir nümayəndələri ilə telefon danışığı zamanı Yaxın Şərqdəki müharibəyə son qoymaq üçün atılacaq addımları müzakirə edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" Türkiyə XİN-dəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Hakan Fidan İranın xarici işlər naziri Abbas Araqçi, Misirin xarici işlər naziri Bədr Əbdülati, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və ABŞ rəsmiləri ilə telefon danışıqları aparıb.
Müzakirələrin əsas mövzusu Yaxın Şərqdə müharibəyə son qoymaq üçün atılacaq addımlar olub.
Oxşar xəbərlər
II İlya dəfn edilib, Azərbaycan rəsmiləri mərasimdə iştirak edib
Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Müqəddəs Üçlük Kafedralında Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlyanın dəfn mərasimi keçirilib. BAKU.WS repo...