Türkiyə həmişə olduğu kimi bu gün də Azərbaycanın yanındadır - Hulusi Akar

Türkiyə həmişə olduğu kimi bu gün də Azərbaycanın yanındadır - Hulusi Akar
Siyasət 128

Türkiyə milli müdafiə naziri Hulusi Akarla müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, general-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

"Cənab H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib", - deyə məlumatda bildirilir.

Son xəbərlər