Türkiyə-Gürcüstan sərhədində km-lə uzanan növbə: Azərbaycana gələnlərə də təsir göstərir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə və Gürcüstan arasındakı Sarp sərhəd buraxılış məntəqəsində gözləyən yük maşınları uzun növbələr yaradıblar.
"Haber Global"ın məlumatına görə, Türkiyə Ticarət Nazirliyinin mənbələri bildirirlər ki, Gürcüstan Rusiya və Belarusa gedən yük maşınlarını saxlayır. Bu səbəbdən yaranan uzun növbələr Azərbaycana gedən yük maşınlarına da təsir göstərir.
Yük maşınlarının yaratdığı 10 kilometrə qədər uzunluqda növbələrdə sürücülər də vəziyyətdən şikayətlənirlər.
Türkiyədən problemsiz şəkildə çıxan yük maşınları Gürcüstan tərəfdə saxlanılırlar. Bu səbəbdən də sərhədin Gürcüstan tərəfində sıxlıq yaranıb.
Oxşar xəbərlər
“Haber Global”ın 4 yaşı tamam olur
Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan “Haber Global” xəbər telekanalı bu gün 4 yaşını qeyd edir. BAKU.WS xəbər verir ki, 2018-ci il sentyabrın...