Türkiyə Ermənistanla sərhədləri hansı şərtlə açacaq? - İrəvana vacib mesaj

Türkiyə Ermənistanla sərhədləri hansı şərtlə açacaq? - İrəvana vacib mesaj
Video
Siyasət 80

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri Rusiya mətbuatının diqqət mərkəzində olub.

"Krasnaya Vesna", TASS, "Vestnik Kavkaza" informasiya agentlikləri, "Mir" telekanalı, "OilCapital" və digər nəşrlərin materiallarında əsas diqqət Bakı ilə Bratislava arasında əməkdaşlığın genişlənməsi, qarşılıqlı maraqlar və enerji təhlükəsizliyi məsələlərinin müzakirəsinə yönəlib.

Qeyd olunur ki, səfər çərçivəsində xarici siyasət və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, danışıqların konstruktiv ab-havada keçdiyi və Bratislava ilə Bakının əlaqələrinin güclənməsinə töhfə verdiyi vurğulanıb.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və dövlət sərhədinin açılması prosesi yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra başlayacaq. Türkiyə bu yanaşmasını dəyişməyəcək".

"Armenpress" xəbər verir ki, bu sözləri erməni politoloq Ruben Safrastyan deyib. O diqqətə çatdırıb ki, Rusiyanın regiondakı rolu zəifləyib, Türkiyənin təsiri isə artıb: "Buna görə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması Türkiyə tərəfinin marağındadır".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər