Türkiyə Diyanət İşləri İdarəsinin sədri Ağdam Cümə məscidində - FOTO

Türkiyə Diyanət İşləri İdarəsinin sədri Ağdam Cümə məscidində - FOTO
Foto
Siyasət 115

Azərbaycanda səfərdə olan Türkiyə Diyanət İşləri İdarəsinin sədri Əli Ərbaş Ağdam şəhərində olub.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.

"Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti və Türkiyə Diyanət İşləri İdarəsinin sədri Əli Ərbaş bu gün Ağdamda olublar.

Onlar Şəhidlər Xiyabanını ziyarət edib, daha sonra isə Cümə məscidində dua ediblər", - deyə məlumatda bildirilib.

Son xəbərlər