Türkiyə Böyük Millət Məclisinin sədri Bakıya gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş onu müşayiət edən parlament nümayəndə heyəti ilə Bakıya gəlib.
"Report" xəbər verir ki, Numan Kurtulmuş sabah Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Baş Assambleyası və Assambleya Şurasının 13-cü iclasında iştirak edəcək.
TBMM sədri və nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyə səfiri Cahit Bağcı və digər rəsmi şəxslər qarşılayıblar.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...