Türkiyə Azərbaycanla kosmik sahədə əməkdaşlıq etmək niyyətindədir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Kosmik Agentliyi (TKA) kosmik sahədə “Azərkosmos” ASC ilə yaxından əməkdaşlıq etməkdə maraqlıdır.
BAKU.WS ASC-yə istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan TKA-nın prezidenti Sərdar Hüseyn Yıldırım “Azərkosmos”da keçirdiyi görüş zamanı deyib.
O, kosmik sahədə hər iki ölkənin yüksək ixtisaslı peşəkar kadrlarının hazırlanmasında, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin vacibliyi də vurğulanıb.
Görüş əsnasında Türkiyənin Kosmik Agentliyi tərəfindən Türkiyənin Milli Kosmik Proqramının strateji hədəfləri, o cümlədən yerli kosmik uçuş aparatlarının istehsalı, 2023-cü ildə Aya eniş planı və 2028-ci ildə ilk Türkiyə vətəndaşının kosmosa göndəriləcəyi qeyd olunub.
2018-ci ilin dekabrında qurulan Türkiyə Kosmik Agentliyi Türkiyədə kosmik sahədə fəaliyyət göstərən bütün şirkətləri özündə birləşdirir.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...