Türk tarixinin şanlı səhifəsi: Çanaqqala döyüşləri muzeyi Azərbaycanda
Yeniliklərdən dərhal xəbərdar olun
XX əsr türk hərb tarixində şərəfli yer tutan Çanaqqala döyüşlərinin 110 illiyi münasibətilə Gəncədə mobil muzey fəaliyyətə başlayıb.
BAKU.WS AzTV-yə istinadla xəbər verir ki, Çanaqqala döyüşləri mobil muzeyi layihəsi I Dünya müharibəsi dövrünə aid müxtəlif materiallar, videolar, səs effektləri və döyüş obyektləri vasitəsilə Çanaqqala ruhunu Türkiyənin və dünyanın dörd bir yanına çatdırmağı hədəfləyir.
Muzeyi ziyarət edənlər həmin dövrün müharibə atmosferini, qəhrəmanlıq və fədakarlıq hissini yaxından yaşaya bilərlər.
Muzeydə nümayiş olunan eksponatlar o dövrün hadisələrini reallığa mümkün qədər yaxın şəkildə canlandırırlar.
Ekspozisiya üç gün ərzində Gəncədə ziyarətçilərin ixtiyarında olacaq. Daha sonra muzey oktyabrın 22, 23, 24 və 25-də Bakıda ictimaiyyətin ziyarətinə açılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...