Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır
Türk Dünyası ortaq tarix, ortaq coğrafiya, ortaq ədəbiyyat, ortaq xəritə və ortaq əlifba baxımından çox mühüm addımlar atır. Türk Dünyasının birliyi istiqamətində daha bir yenilik edilir.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır.
Bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritəçəkmə üzrə Baş direktoru, general-leytenant Osman Alp paylaşıb.
Belə ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin xəritəçəkmə qurumlarının rəhbərləri, hərbi attaşelərinin iştirakı ilə TDT-nin xəritəçəkmə qurumları rəhbərlərinin birinci toplantısı keçirilib.
Məlumata görə, təşkilata üzv olan dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə və müşahidəçi dövlətlər - Macarıstan, Şimali Kipr Türk Respublikası, Türkmənistan nümayəndələri türk dünyasının ortaq xəritəsini hazırlamaq məqsədi ilə bir araya gəliblər.
Oxşar xəbərlər
İranda keçirilən etirazların XRONOLOGİYASI: Zorakılıqla çalxalanan 47 il
Bu gün İran küçələrində səslənən etirazlar ani narazılığın ifadəsi deyil, onilliklər boyu yığılıb qalmış siyasi, iqtisadi və sosial böhranın açıq təzahürüdür....