Turistin heykələ qarşı qeyri-etik hərəkətləri müzakirələrə səbəb oldu
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın Florensiya şəhərində bir turist heykələ qarşı qeyri-etik hərəkət edib.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, o Romanın şərab tanrısı "Bacchus"ın heykəlinə dırmanaraq onu öpüb və cinsi əlaqə pozaları verib.
Həmin anlar sosiaol şəbəkələrdə paylaşılıb və müzakirələrə səbəb olub.
Yerli sakinlər turistin heykələ qarşı etdiyi bu hörmətsizliyə görə həbsini tələb edib.
İtaliyanın mədəni irsini tanıdan "Confcultura" adlı fondun prezidenti Patrizia Asproni, "heykəllərə qarşı qəddarlıq və barbarlıq nümayişləri davamlı olaraq təkrarlanır və bunun səbəbi hər kəsin istədiyini etmək hüququnun olması və bunun cəzasız qalmasıdır" deyərək açıqlama verib.
Oxşar xəbərlər
Qaşıqla tunel qazaraq əfsanəvi həbsxanadan qaçan üç məhkumun talehi necə olub? - FOTO
1962-ci il iyunun 12-də ABŞ-nin San-Fransisko sahillərindəki Alkatraz həbsxanasından üç məhbus qaçıb və bir daha görülməyib. Frank Lee Morris ilə Con Enclin və...