Toydan çıxan qonaqlar TIR-ın altında qaldı - 4 ÖLÜ, 2 YARALI - FOTO/VİDEO

Toydan çıxan qonaqlar TIR-ın altında qaldı - 4 ÖLÜ, 2 YARALI - FOTO/VİDEO
Foto Video
Siyasət 470

Türkiyənin Batman şəhərində toy faciə ilə bitib.

BAKU.WS xəbər verir ki, Batman-Siirt Çevreyolundakı şadlıq evindən çıxan qonaqlar yolun o biri tərəfinə keçmək istəyib.

Bu zaman TIR-ın sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini adamların üzərinə sürüb. Biri körpə olmaqla 4 nəfər həyatıın itirib, iki nəfər isə ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə polis və təcili yardım çağırılıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Ölənlərin meyiti Batman Tədris və Araşdırmalar xəstəxanasına aparılıb.

Dünyasını dəyişənlər Süleyman Oğuz, İlyas Oğuz, Demir Oğuz və Sefa Oğuzun eyni ailədən olduğu bildirilib.

BAKU.WS hadisə yerindən görüntülər təqdim edir:

Son xəbərlər