Tom Kruz Olimpiyadanın bağlanış mərasimində təhlükəli tryuk icra edib - FOTO

Hollivud ulduzu Tom Kruz Parisdə keçirilən Olimpiya Oyunlarının bağlanış mərasimində çıxış edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, tanınmış aktyor "Stad de Frans" stadionunun üst hissəsindən iplə enərək olimpiya bayrağını götürüb.
Daha sonra aktyor İtan Hant obrazında stadionu motosikletlə tərk edib və bayrağı velosipedçi Kate Kortniyə təhvil verib. Sonra bayraq digər idmançılar tərəfindən aparılıb.
Təşkilatçıların fikrinə görə, Kruzun çıxışı 2024-cü il oyunlarını 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiada ilə üzvi şəkildə əlaqələndirməli idi. Buna qədər o, 2028-ci il yarışları üçün tanıtım videosunun çəkilişlərində iştirak edib. Süjetə görə, o, olimpiya bayrağını Fransadan ABŞ-a aparır.
Qalereya
Oxşar xəbərlər
Tom Kruz kinonun çəkiliş prosesində ölümlə üz-üzə qaldı - FOTO
Hollivud ulduzu Tom Kruzun başına iş gəlib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, dublyordan istifadə etməyən aktyor yüngül mühərrikli təyyarədə yıxıl...
