Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir
12
dek
2025
11:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Aşqabadda keçirilən "Beynəlxalq sülh və etimad ili-2025" forumunda bildirib ki, avqust ayında iki ölkə arasında Vaşinqton Bəyannaməsinin imzalanması tarixi əhəmiyyətə malikdir.
O qeyd edib ki, bu, Cənubi Qafqazda və onun hüdudlarından kənarda çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır.
Oxşar xəbərlər
Kəsəmən - Göyçənin qədim Azərbaycan yurdlarından biri
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı Kəsəmən (indiki Arpunk)...