İtin hücum etdiyi 69 yaşlı kişi yıxılaraq velosipedin altında qaldı - VİDEO

İtin hücum etdiyi 69 yaşlı kişi yıxılaraq velosipedin altında qaldı - VİDEO
Video
Siyasət 94

Türkiyədə sahibsiz itin hücum etdiyi qoca ağır xəsarətlər alıb. Hadisə Antalyanın Serik rayonunda yaşanıb.

BAKU.WSxəbər verir ki, sahibsiz it evə qayıdan 69 yaşlı Halil Aksaya hücum edib.

Təlaşa düşən kişi yerə yıxılaraq velosipedinin altında qalıb:

“Evlərin arasından bir it çıxaraq mənə tərəf gəldi. Elektrikli velosipedimlə qaçmaq üçün yüngül manevr etdim, ancaq onun altında qaldım. Nəticədə, ayağımdan xəsarət aldım" - deyə, 69 yaşlı Halil bildirib.

Qeyd edək ki, Halil Aksayın müalicəsi Serik Dövlət xəstəxanasında davam edir.

Son xəbərlər