Təxribata hazırlaşan separatçıların rəzil durumu: Xankəndidə meydan “lərzəyə gəldi” - YENİLƏNİB - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni separatçıların Xankəndidə təxribat hazırlıqları davam edir.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin erməni seqmentində görüntülər yayılıb.
Görünür, separatçıların təxribat hazırlıqları heç də istədikləri kimi getmir. Belə ki, separatçılar guya “birləşmək”, “birlik” kimi pafoslu çıxışlar etsələr də, Xankəndinin mərkəzində təşkil olunan toplanışa cəmi 50-60 nəfər yığa biliblər.
Halbuki, sosial şəbəkələrdə ermənilər Xankəndidə toplandıqdan sonra bağlanan Şuşa-Xankəndi yolunu açmaq iddiaları səsləndirirdilər. Erməni separatçılar bu məqsədlə minlərlə insanın toplaşacağını düşünsələr də, sonda ortaya çıxan mənzərə onları növbəti dəfə rüsvayçılıqla üzləşdirib.
Çox güman ki, separatçılar real həyatda sosial şəbəkələrdə olduğu qədər “cəsarətli” olmadıqlarını, monitor arxasında pafosla danışmaqla azərbaycanlıların qarşısına çıxmağın bir olmadığını ildırım sürəti ilə dərk etməli olublar.
***15:50
Qarabağda sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdəki erməni separatçılar növbəti təxribata hazırlaşırlar.
Ermənistan mətbuatının məlumatına görə, hazırda separatçılar Xankəndidəki meydanda toplaşmağa başlayıblar.
Erməni separatçılar azərbaycanlı fəalların etiraz aksiyası keçirdiyi əraziyə yollanmaq istəyirlər.
Onların məqsədinin etirazlar nəticəsində bağlanmış “yolu açmaq” olduğu qeyd edilir.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...