Telman İsmayılov barəsində cinayət işi başlayıb

Telman İsmayılov barəsində cinayət işi başlayıb
Siyasət 1099
İsveçrənin Sürix şəhər Prokurorluğu Moskvanın Çerkizov bazarının keçmiş sahibi, Azərbaycan əsilli tanınmış iş adamı Telman İsmayılov barəsində cinayət işi başlayıb.BAKU.WS “Report”a istinadən xəbər verir ki, ona qarşı cinayət işi Rusiyanın “VTB” bankına məxsus “BM-Bank”ın iddiası əsasında açılıb. T.İsmayılov dələduzluqda, kreditorlara ziyan vurmaqda ittiham olunur. Cinayəti sübuta yetiriləcəyi halda onu maksimum 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Məlumata görə, “BM-Bank” 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralınadək T.İsmayılova məxsus “AST” qrupunun “Rusline 2000” müəssisəsinə və “Tropicano Finance B.V.”yə 230 milyon dollar məbləğində 3 dəfə kredit verib.Bir müddət əvvəl “BM-Bank” T.İsmayılova məxsus “Praqa” restoranını, “Tropikano” biznes mərkəzini, “AST” ticarət mərkəzini və Moskvada Kutuzov prospektindəki 2 mənzili alıb, habelə onun ABŞ-dakı “Craig Valley Plaza” ticarət mərkəzinə həbs qoyulub. Kreditorlar bildirib ki, T.İsmayılov kredit vəsatinin bir hissəsini İsveçrədəki banklara köçürüb.T.İsmayılvoun vəkili məlumatı mətbuatdan öyrəndiklərini bildirib.

Son xəbərlər