Telman İsmayılovun məşhura qarşı etdiyi cinayət üzə çıxdı: Müğənninin kabinetə çağırıb...
İflas olduğunu bəyan edən azərbaycanlı biznesmen Telman İsmayılov adam oğurluğunda günahlandırılır.
BAKU.WS Rusiya mətbuatına xəbər verir ki, Rusiyanın İstintaq Komitəsi müğənni Avraam Russonun 2004-ci ildə oğurlanması barədə cinayət işinin istintaqını başa çatdırıb.
İstintaq oğurluğun "Çerkizov" bazarının sabiq sahibi Telman İsmayılovun Zaur Mərdanovun və Vladimir Qusakovun köməyi ilə təşkil etdiyini hesab edir.
İstintaq materiallarına görə, İsmayılov 2004-cü ilin yanvarında müğənnini "Praqa" restoranının ikinci mərtəbəsindəki kabinetinə çağırıb və digər şəxslərlə birlikdə Avraam Russonu döyüb.
T. İsmayılov Avraam Russodan bütün konsertləri ləğv etməyi, onun şərtləri altında müqavilə imzalamağı tələb edib.
Bundan sonra iki nəfər müğənnini zorla avtomobilin arxa oturacağına əyləşdirərək, bazarın sabiq sahibinin Moskva yaxınlığındakı evinə gətiriblər və Avraam Russo onların bütün tələbləri yerinə yetirməyə razılıq verənə qədər orada saxlayıblar.
İstintaq Komitəsi işlə bağlı kifayət qədər sübutların toplanıldığını bildirib. Cinayət işi Baş Prokurorluğa göndərilib.
Təqsirləndirilən sabiq bazar direktoru T.İsmayılovun və digər şəxslərin beynəlxalq axtarışı davam edir.
Qeyd edək ki, Moskvanın Basmannı rayon məhkəməsi Çerkizov bazarının sabiq rəhbəri, azərbaycanlı milyarder Telman İsmayılovun bacısı oğlu Zaur Mərdanovu müğənni Avraam Russonun oğurlanmasında müqəssir bilərək iki ay müddətinə həbs edib.
BAKU.WSOxşar xəbərlər
Telman İsmayılov gizli məqamlara toxundu: “Edama hazıram” - VİDEO
Rusiyanın NTV telekanalı tanınmış iş adamı, azərbaycanlı biznesmen Telman İsmayılovdan müsahibə alıb.BAKU.WS xəbər verir ki, kanalın məşhur "Yeni rus sensasiyal...