Tehran rejimi Urmiyada “Şəhriyar” tamaşasının başa çatmasına icazə verməyib
Yeniliklərdən dərhal xəbərdar olun
Tehran rejimi Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində Məmmədhüseyn Şəhriyarın həyatından bəhs edən “Şəhriyar” tamaşasının başa çatmasına icazə verməyib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə GünAzTV məlumat yayıb.
Bildirilib ki, buna səbəb tamaşada Azərbaycan mahnısı və rəqsinin ifa edilməsi olub.
Məlumata görə, tamaşa Urmiya şəhərinin Şəms Mədəniyyət Mərkəzində tamaşaya qoyulub. “Şəhriyar”ın axıradək oynanılmasına hakimiyyət nümayəndələri imkan verməyiblər.
Tamaşanın ssenari müəllifi və rejissoru Vəli Lütfduxt mədəniyyət sahəsində fəaliyyətinə üç il müddətinə qadağa qoyulub. Məsələ ilə bağlı açıqlama verən Qərbi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin başçısı Əlirza Novruzi bunu təsdiqləyib.
Oxşar xəbərlər
İran hakimiyyəti Qərbi Azərbaycan əyalətində Türkiyəyə qarşı mərkəz və telekanal açmağı planlaşdırır
İran hakimiyyəti Qərbi Azərbaycan əyalətində Türkiyəyə qarşı siyasi-ideoloji təbliğat mərkəzi və televiziya kanalı açmağı planlaşdırır. BAKU.WS report-a istinad...