TDT Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türk Dövlətləri Təşkilatı (TDT) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bəyanatı təşkilatın baş katibi Kubanıçbek Ömuraliyev imzalayıb.
Bəyanatda deyilir:
"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından 31 il ötür. Bu zorakılıq nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Xocalının acı xatirəsi hələ də azərbaycanlı bacı-qardaşlarımızın qəlbində qalıb. Türk Dövlətləri Təşkilatı olaraq biz Xocalı soyqırımı qurbanlarını dərin ehtiramla yad edir, Azərbaycan xalqı və hökuməti ilə çiyin-çiyinə olmağa davam edirik".
Oxşar xəbərlər
İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. AZƏRTAC xəbər...