TDT-nin xarici işlər nazirlərinin növbəti görüşünün tarixi məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin xarici işlər nazirləri Şurasının növbəti toplantısının tarixi məlum olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, tarixi Dolmabahçe Sarayında keçiriləcək iclas oktyabrın 17-də yerli vaxtla 13:00-da başlayacaq.
İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın xarici işlər nazirləri iştirak edəcək. Təşkilata müşahidəçi qismində üzv olan Macarıstan və Türkmənistanın XİN başçılarının da iclasda iştirakı gözlənilir.
Qeyd edək ki, görüş TDT-nin Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Zirvə sammitinə hazırlıq məqsədi daşıyır.
Oxşar xəbərlər
Türk dövlətlərinin yeni dünya düzənindəki səsi - ŞƏRH
Ötən həftə Kiçik Asiya, Cənubi Qafqaz, Mərkəzi Avropa və Mərkəzi Asiyada yerləşən ölkələrin iştirakı ilə İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V...