TDT çərçivəsində ortaq seriallar və uşaq kontenti yaradıla bilər

TDT çərçivəsində ortaq seriallar və uşaq kontenti yaradıla bilər
Siyasət 9

"Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində media əməkdaşlığının genişləndirilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstan mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov Bakıda keçirilən TDT-nin Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında bəyan edib.

K.İskakovun sözlərinə görə, əsas addım təşkilata üzv ölkələrin teleməhsullarına çıxışının genişləndirilməsi olmalıdır.

O, həmçinin milli televiziya kanallarının qarşılıqlı yayımının mümkün qədər geniş auditoriya üçün təmin edilməsinin vacibliyini vurğulayıb: "Kontent mübadiləsi olmadan və ölkələrimizdə televiziya kanalları yayımlanmadan əməkdaşlıq səmərəli olmayacaq. Biz bunu aydın başa düşməli və bu istiqamətdə irəliləməliyik".

Nazir müavinin sözlərinə görə, ikinci təşəbbüs birgə kontent istehsalının artırılması olmalıdır: "Buraya bədii seriallar, sənədli layihələr, həmçinin TDT ölkələrinin turizm, mədəniyyət və investisiya imkanları haqqında proqramlar daxildir".

K.İskakov üçüncü prioritet kimi türk dillərində keyfiyyətli uşaq kontentinin yaradılması üzrə dövlətlərarası layihələrin işə salınmasını qeyd edib. O hesab edir ki, bu da yeni nəslin mədəni inkişafına töhfə verəcək.

Son xəbərlər