Taylandda musson yağışları həyatı iflic etdi, 20 min adam evsiz qaldı - FOTO/VİDEO

Taylandda musson yağışları həyatı iflic etdi, 20 min adam evsiz qaldı - FOTO/VİDEO
Foto Video
Siyasət 0

Taylandın cənubunda son günlərdə təsirli olan musson yağışları bir çox bölgədə sel və daşqınlara səbəb olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində təxminən 20 min ev sel suları altında qalıb.

Məlumata görə, seldən zərər çəkmiş Yala və Narathivat əyalətlərində qayıqların köməyi ilə təxliyə və yardım işləri aparılır. Evlərini boşaltmaq məcburiyyətində qalan yerli əhali üçün təcili yardım mərkəzi yaradılıb.

Ölkənin Fəlakətlərin Qarşısının Alınması İdarəsi (DDPM) tərəfindən edilən açıqlamaya görə, 24 rayonda və 5 əyalətdə 384 kənddə ümumilikdə 19 min 624 evin seldən zərər çəkib. Yağışlar qarşıdakı iki gün ərzində davam edəcək.

Bəyanatda vətəndaşlar evlərini tərk etməyə hazır olmağa çağırılıb.

Son xəbərlər