Tarkanın həyat yoldaşı səs verdi - FOTO
12
may
2023
09:34
Meqastar Tarkan şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi uzun müddətdən sonra həyat yoldaşı Pınar Tevetoğlu ilə seçki dairəsində görüntülənib.
Cütlük Almanyanın Düsseldorf şəhərində Türkiyədə prezidentliyə namizədliyini irəli sürən 4 nəfərdən birini seçərək səs verib.
Sənətçinin həmin anları lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Tarkanın həyat yoldaşı Pınar artıq çəkisi ilə müzakirələrə səbəb olub.
Bəzi izləyicilər bunu onun hamilə olması ilə əlaqələndiriblər.
Qeyd edək ki, Tarkan və Pınar 2016-cı ilin aprelində evləniblər. Onların iki övladı var.
Oxşar xəbərlər
Türkiyədə prezidentliyə namizədlik üçün imzatoplama sona çatdı - Kim nə qədər topladı?
Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində seçicilər tərəfindən prezidentliyə namizədliyini irəli sürmək istəyənlər üçün imzatoplama prosesi başa...