Tarkanın yeni klipi Türkiyəni bir-birinə vurdu: Aparıcı canlı yayımda səhv etdi - VİDEO

Tarkanın yeni klipi Türkiyəni bir-birinə vurdu: Aparıcı canlı yayımda səhv etdi - VİDEO
Video
Siyasət 953

Meqastar Tarkanın dünən "YouTube"-da yayımladığı "Geççek" adlı yeni sinqlı ölkədə geniş müzakirələrə səbəb olub. Milyonlarla izləyicinin marağına səbəb olan klipə müxtəlif reaksiyalar gəlib.

BAKU.WS-in məlumatına görə, geniş yayılan sinql ilə bağlı "CNN Türk"ün canlı yayımına çıxan aparıcı Hande Fırat kobud səhvə yol verib.

Belə ki, aparıcı "Geççek" mahnısı ilə bağlı tvitləri oxuyarkən ölkənin Səhiyyə naziri Fahrettin Kocanın adına açılan saxta hesabdan tviti izləyicilərlə paylaşıb. Aparıcının bu səhvini görən izləyicilər sosial media vasitəsilə onu ələ salıblar.

Son xəbərlər