Tarix boyu ermənilər azərbaycanlılara qarşı nifrət bəsləyiblər - AÇIQLAMA

Tarix boyu ermənilər azərbaycanlılara qarşı nifrət bəsləyiblər - AÇIQLAMA
Siyasət 69

"Ermənilər tarix boyu azərbaycanlılara qarşı nifrət hissi duymuş, müxtəlif dövrlərdə xalqımıza qarşı soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirmiş, bununla kifayətlənməyib bizə psixoloji basqı, silahlı hücumlar etmişlər. Belə ki, tarixi faktlar da sübut edir ki, Azərbaycan torpaqlarını parçalamaq, özlərinə etnik dayaq yaratmaq, Azərbaycan türklərinin Osmanlı imperiyası ilə əlaqələrinin güclənməsinin qarşısını almaq üçün məqsədli şəkildə tarixi torpaqlarımıza hər il daha çox erməni köcürülmüşdür. Beləliklə də, tarix boyu xarici havadarlarından dəstək görən Ermənistan, ermənilər əslində alət kimi istifadə olunmuşlar. Bu siyasətin nəticəsi kimi 20% torpağımız işğal olunmuş, 1 milyondan artıq soydaşımızın fundamental hüquqları tapdalanmışdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Tarix boyu ermənilər azərbaycanlılara qarşı nifrət bəsləyiblər - AÇIQLAMA

Onun sözlərinə görə, hərbi və mülki əhaliyə fərq qoymadan sadəcə insanlarımıza qarşı deyil, Xeyriyyə cəmiyyəti binası, İsmailliyə binası kimi daha neçə-neçə inzibati əhəmiyyətli binalarımıza, tarixi abidələrimizə, məscidlərimizə olan hücumlar göstərir ki, ermənilərin azərbaycanlılara qarşı nifrəti sadəcə bir nəsil şəcərəsi ilə məhdudlaşmır, onların bizə qarşı olan nifrəti nəsildən-nəsilə ötürülərək düşmənçilik həddinə çatmışdır:

"Ermənilər o dərəcədə tarixi saxtalaşdırmaqla məşğul olmuşlar ki, ərazi iddiaları sadəcə Azərbaycana qarşı deyil, digər region ölkələrinə qarşı da baş qaldırmışdır. Nifrət hissi ökənin birinci şəxslərinin çıxışlarında, siyasi elitanın dilində də ehtiva olunmuşdur. Şovinist Zori Balayan öz stolustü “Ocaq” kitabında bu vəhşilikləri qürurla qələmə almışdır. Arutunyan bizə qarşı olan düşmənçilik hisslərini “mümkünsə daha çox öldür, talan et, heç kimə rəhm etmə” şüarı ilə öz xalqına təlqin etmişdir. Mart soyqırımı, Xocalı soyqırımı, Ağdaban, Başlıbel, Ballıqaya faciəsi azmış kimi 2011-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən 9 yaşlı azərbaycanlı Fariz Bədəlov və eyni ildə Şahmalıyeva Aygün Zirəddin qızı qətlə yetirilmişdir. Haqq savaşımız zamanı, 44 günlük müharibə çərçivəsində Gəncə və Bərdədə mülki əhalimiz qətlə yetirilmiş, mədəni və dini abidələrimiz yerlə-yeksan edilmişdir.

Tarix boyu ermənilər azərbaycanlılara qarşı nifrət bəsləyiblər - AÇIQLAMA

Baxmayaraq ki, BMT, Avropa Şurası və digər müvafiq nüfuzlu beynəlxalq təşkilatlar işğala son qoyulması ilə bağlı sənədlər qəbul etmişlər Ermənistan bunlara məhəl qoymayıb, beynəlxalq hüququn norma və prinsiplərini tapdalamışdır. Elə Ermənistanın bu cəzasızlıq sindromunun nəticəsidir ki, onlar daha da azğınlaşmışlar. Xaricdə yaşayan havadarlarının dəstəyi ilə Ermənistan siyasi rəhbərliyi, ekstremist qrupları istər milli, istərsə də beynəlxalq səviyyədə uzun illər anti-Azərbaycan siyasəti həyata keçirmişlər. Ermənistanda anti-azərbaycan kampaniyasına dövlət himayəsi var.

Belə ki, yüksək ranqlı məmurlar, siyasətçilər xalq qarşısında çıxışları zamanı nifrət toxumları səpən fikirlər səsləndirməkdən çəkinmirlər. Azərbaycanlıya, türkə nifrəti sadəcə azyaşlı uşaqlara aşılamaqla kifayətlənməyib, mətbuatda və Tik tok, Youtube, Instagram kimi sosial şəbəkələrdə nifrət hissləri ilə dolu olan fikirlər təkcə sadə erməni xalqı tərəfindən deyil, erməni liderləri və siyasətçiləri tərəfindən də səsləndirilmişdir. Belə ki, müharibə dövründə azərbaycanlılara qarşı Naira Zohrabyan, Lilit Gyozalyan və s. kimi erməni əsilli siyasətçilərinin düşmənçilik zəminində nifrət nitqi ilə əhaliyə səslənməsi Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycanın mülki şəxslər yaşayan ərazilərində müharibə cinayəti törətməsinə zəmin yaratdı. Elə Koçaryanın 2003-cü ildə dediyi “Azərbaycanlılar və ermənilər “etnik baxımdan uyğunsuz” idilər və Qarabağdakı erməni əhalinin Azərbaycan dövləti daxilində yaşaması qeyri-mümkün idi” fikri bu nifrət dolu fikirlərdən yalnız biridir.

Bütün bu məsələlər “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair” hesabatda da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən tarixi faktlarla, dəlil və sübutlarla detallı şəkildə qələmə alınmışdır".

Son xəbərlər